-
days
-
hours
-
minutes
-
seconds
A couple days left until the end of the 5th draw!Pay with Unibank card and get chance to win an apartment in Sea Breeze, iPhone 15 Pro and many cash prizes.
117
Unibankın müştərisi niyə bankın tarixinə düşdü?
13.12.2017
Bu günün adamı Unibank-ın müştərisi Azad Quluzadədir. Neft-qaz şirkətlərinin birinin əməkdaşı olan Unibank müştərisini “günün adamı” edən isə onun seçimidir. Azad Quluzadə Unibank Mobile-ın 100.000-ci müştərisi olduğu üçün bankın tarixinə düşdü: “Mən əvvəl başqa bir bankın mobil əlavəsini istifadə edirdim. Amma çox rahat deyildi və təhlükəsizlik səviyyəsi də məni qane etmirdi. Unibank Mobile-ı rahatlığı, xidmətlərinin genişliyi və təhlükəsizliyinə görə seçdim. Asan və çoxfunksiyalı olmağı xoşuma gəlir. Yeni qoşulsam da, artıq kommunal ödənişləri Unibank Mobile-la edirəm, hətta mobil telefonumun, ailə üzvlərimin mobil balansını da bununla artırıram. Ən vacib hesab etdiyim təhlükəsziliyidir”.

Azad Quluzadənin iş yoldaşlarının çoxu Unibank Mobile-dan istifadə edir: “Bizim işimiz elədir ki, davamlı işinin başında olmalısan. Bu xidmətləri bankomatda ya bank filialında həyata keçirmək əlavə zaman itkisidir. Unibank Mobile-la isə həm zamana qənaət edirsən, həm də Unibank Mobile-da edilən əməliyyatlar bonus qazandırır. Bu bonusları istədiyin hədiyyəyə çevirmək imkanı da Unibank Mobile-ın üstünlüklərindən biridir”.

İndi Unibank müştərisi olan hər kəsin “günün adamı” seçilmək şansı var. 100.000-ci müştəri olmasanız da, Unibank Mobile istifadəçisi olmaqla, 2018 AZN qazana bilərsiniz. Çünki yanvarın 15-dək Unibank Mobile-la edilən əməliyyatlar sizi müxtəlif pul uduşları qazandıran lotereyanın iştirakçısına çevirəcək.

Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz.

Unibank Mobile- bankdan daha yaxın!

Search

Products
News
Others