Kart qalığına illik 7%-dək gəlir
Kart qalığına yüksək faizlərin hesablanması şərtləri:
Dövriyyə tələbi olmadan bütün Unibank kartları üzrə hesabdakı vəsaitə illik 7%-dək gəlir əldə etmək imkanı!
AZN valyutasında olan kartların qalığına gəlir aşağıdakı qaydada hesablanır:
• Hesabda 100 AZN-dən 5 000 AZN-dək vəsait olduqda — illik 1%;
• Hesabda 5 000 AZN-dən 50 000 AZN-dək vəsait olduqda — illik 7%.
Qeydlər
- Müştərinin birdən çox kartı olduqda yüksək faiz dərəcəsi yalnız ən çox vəsait olan bir AZN valyutalı kartın 50 000 AZN-ə qədər hissəsinə hesablanır. Digər AZN valyutalı kartlar üzrə standart illik 1% hesablanır.
- Digital kartlar, biznes kartlar, xarici valyutalı kartlar və depozit faizlərinin ödənilməsi üçün nəzərdə tutulmuş kartlar üzrə faiz hesablanmır.
- Unimiles, Mastercard Black Edition və Mastercard World Elite kartlarında kart qalığına gəlir bonus mil şəklində hesablanır.
- Ay ərzində müştərinin Unibank kartları üzrə hesablanmış faiz məbləği minimum 5 AZN (daxil olmaqla) olduqda vəsait karta köçürülür.
- AR Vergi Məcəlləsinə əsasən, 01.02.2023 tarixindən sonra əmanət, “Topla” məhsulu və kart qalıqları üzrə ödənilən illik faiz gəlirlərindən 10% məbləğində vergi tutulur. 01.01.2024 tarixindən etibarən qanunvericiliyə uyğun olaraq müvafiq güzəştlər tətbiq edilir. Ətraflı burada.
- Kart qalığına bonus yalnız Azərbaycan Respublikası vətəndaşlarına və DYİ olan şəxslərə şamil olunur.