Новости и акции

Unibankdan biznesə daha bir dəstək: 4 təklifdən istədiyinizi seçin!
28.02.2019
Unibank kiçik və orta sahibkarlar üçün sərfəli yaz kampaniyası keçirir. Novruzun çərşənbələrinə həsr olunmuş “4 çərşənbə - 4 güzəşt” kampaniyası biznes sahiblərinə seçim imkanı yaradır.
 
Unibank KB-nin Mikromaliyyələşdirmə Departamentinin rəhbəri Rauf Ağayev bildirib ki, dörd təklifin hər birində sahibkarlar üçün güzəştlər nəzərdə tutulub: “Baharın gəlişi biznesin inkişafı üçün ən məhsuldar dövrdür. Təklif etdiyimiz 4 paketin hər biri sahibkarların istəklərinə uyğun hazırlanıb. Biznes sahibləri özləri üçün ən sərfəli olan kampaniyanı seçə bilərlər. “4*4” kampaniyası martın 31-dək davam edəcək”.
 
4 paketdən ibarət kampaniya aşağıdakı təkliflərdən ibarətdir:
 
Su çərşənbəsi təklifi:
0% komissiya;
5000 AZN-dək kreditlərin zamin olmadan verilməsi;
ALBALI debet kartı hədiyyə;
12 ayadək güzəşt müddəti.
 
 Od çərşənbəsi təklifi:
Cari faizə 4%-dək endirim;
Son 3 ayın faizlərinə güzəşt;
ALBALI debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.
 
Yel çərşənbəsi təklifi:
0%  komissiya;
Son 3 ayın faizlərinə güzəşt;
ALBALI debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.
 
Torpaq çərşənbəsi təklifi:
0% komissiya;
Cari faizə 4%-dək endirim;
ALBALI Debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.
 
Kampaniyadan faydalanmaq istəyən sahibkarlar martın sonunadək həftə içi Unibankın  “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına  müraciət edə bilərlər.  
Продукты
Новости
Другое