Новости и акции

Unibankdan daha bir təhsil layihəsi
21.12.2018
Bu günlərdə ilin “Ən fəal təhsil dəstəkçisi” mükafatını alan Unibank, daha bir təhsil layhəsinə başlayıb. Bank əməkdaşları ölkənin ilk özəl ali təhsil müəssisəsi olan Qərbi Kaspi Universitetinin Biznes və İqtisadiyyat məktəbi tələbələrinə praktik bankçılığı öyrədəcək. 2018-2019-cu tədris ili ərzində Unibankın müxtəlif departamentlərinin direktorları universitetin “Biznes və İqtisadiyyat fakültəsi”ndə təhsil alan tələbələr üçün təlimlər keçəcək.
Təlimlər zamanı fəallıqları ilə fərqlənən tələbələr Unibank ASC-də təşkil edilən "Unibankda Qərbi Kaspi Günləri" layihəsi çərçivəsində bankı ziyarət edərək, ixtisasları üzrə müvafiq departament və şöbələrdə praktiki təlimlərdə olacaq, bankın İdarə heyəti sədri ilə dəyirmi masa arxasında söhbət etmək imkanı əldə edəcəklər.
Əməkdaşlıq çərçivəsində tələbələrin “Unibank” KB-da Yay məktəbi və təcrübə proqramlarına qatılmaq imkanları da nəzərdə tutulur. Artıq ilk təlim keçirilib. Bankın "Təşkilatı inkişaf və İnsan resursları" departamentinin direktoru İlkin Quliyevin "Strategic HRM and Change Management" mövzusunda təlimi tələbələr tərəfindən maraqla qarşılanıb.
Продукты
Новости
Другое