POS terminallar

POS terminal (ingiliscə Point of Sale terminal - ticarət nöqtələrinin terminalı) kartdan informasiyanı oxumağa və əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Bankla əlaqə telefon şəbəkəsi vasitəsilə yaradılır.

POS terminal (ingiliscə Point of Sale terminal - ticarət nöqtələrinin terminalı) kartdan informasiyanı oxumağa və əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Bankla əlaqə telefon şəbəkəsi vasitəsilə yaradılır. Avtorizasiyanın nəticələri ekrandakı məlumatla və çekin bir neçə nüsxəsinin çap olunması ilə (nüsxənin biri müştəriyə verilir) rəsmiləşdirilir.


POS terminalın alımı üçün tələb olunan sənədlər (fiziki şəxslər üzrə):

— Səxsiyyət vəsiqəsinin surəti;
— VÖEN - nin surəti, fəaliyyətini və ərazi uçot kodunu təsdiqləyən vergilər idarəsinin təqdim etdiyi arayışın surəti;
— Fəaliyyət göstərdiyi ünvan sənədinin surəti;
— POS terminalın alınması üçün ərizə;
— İcarə müqaviləsinin surəti.



Qeyd:

POS terminal üzrə tarif 2 qaydada müəyyənləşir:

1. Müştəri hər bir POS terminal üzrə 750 AZN ödəyir.

və ya

2. Müştəri tərəfindən POS terminal üçün 1000 AZN sığorta depoziti ödənilir. Ayda 3000 AZN və daha yuxarı dövriyyə olmadığı halda hər ay sığorta depoziti hesabından 100 AZN xidmət haqqı olaraq silinir.


POS Terminalın alımı üçün tələb olunan sənədlər (hüquqi müştərilər üzrə):

— Vəzifəli şəxsin (müdir, direktor) şəxsiyyət vəsiqəsinin və vəzifəni təsdiq edən əmrin surəti (etibarnamə);
— VÖEN - nin surəti;
— Fəaliyyətini va ərazi uçot kodunu təsdiqləyən vergilər idarəsinin təqdim etdiyi arayışın surəti;
— Fəaliyyət göstərdiyi ünvanın sənədi;
— POS terminalın alınması üçün ərizə;
— İcarə müqaviləsinin surəti.



Qeyd:

Müştəri Vergilər departamentinin təqdim etdiyi bildiriş əsasında Bankda sahibkar hesabı açdırır. Sonra sahibkarın adına cari hesab açılır və həmin hesaba 1000 AZN birdəfəlik ödəniş edilir və illik xidmət haqqı üçün 100 AZN ödənilir.
Məhsullar
Xəbərlər
Digər