Unibank KB ASC GRG P5800L model bankomat alışı, NCR və GRG ATM-lər üçün kaset alınması ilə bağlı tender keçirir
Unibank KB ASC - NCR və GRG ATM-lər üçün kaset alınması ilə bağlı tender elan edib. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Zeynalovun adına göndərməlidirlər. Zərflərin qəbulu üçün son
tarix 03.07.2023-cü il, saat 12.00-dır.
Ünvan: R.Behbudov 55,
Unibankın Baş ofisi.
Qeyd: Tenderdə qalib gələn
şirkət həmin alqı-satqı ilə bağlı hesabı “Unibank” KB ASC-də açmalıdır.
Texniki şərtlər:
1. NCR 6687 modeli üçün 25 dəst
kaset (4+1)
2. GRG P5800L modeli üçün 20 Dəst
kaset (4+1)
3. 20 ədəd GRG P5800L
model bankomat və eyni model üçün 30 dəst kaset (4+1)