Əmanətin növləri
Əmanət müddətli və tələbli olaraq 2 yerə ayrılır.
- Müddətli əmanət isə özlüyündə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli əmanətlər 6 ay, uzunmüddətli əmanətlər isə bir neçə illik müddəti əhatə edə bilir. Adətən qısamüddətli əmanətdə faiz dərəcələri az olsa da, uzunmüddətli əmanətdə bu faiz dərəcəsi çoxdur.
- Tələbli əmanət növü isə müştəriyə uyğun şərtlər təklif edir. Bu zaman müştəri öz vəsaitini qeyri-müəyyən müddətə bankda yerləşdirir. Arzu etdiyi zaman isə istədiyi anda bankdan çıxara bilir.
Depozit faizleri
Bank depozit faizleri seçilmiş olan əmanət növünə görə dəyişir. Müddətli əmanətdə 9.5 % illik faiz dərəcəsi ilə 24 ayadək 500 AZN/USD,EUR yerləşdirmək mümkündür. Yığım əmanəti seçildikdə isə depozit faizləri 8%-dir, 12 ay müddətinə seçilə bilir. 50 AZN banka pul qoymaq kifayət edir. Proqressiv əmanətdə isə 12 ay gözləməyinizə ehtiyac yoxdur. 500 azn məbləğ yerləşdirməklə 12 ayadək 8.5% gəlir əldə edə bilərsən. Topla əmanət növü isə Ubank tətbiqi vasitəsilə mümkündür. Bu əmanət növü 12 ay müddətində 9%-dək gəlir qazanma təklif edir. İlkin depozit olaraq banka pul qoymaq kimi bir tələb yoxdur.
Banka pul qoymaq Unibank-da
Unibank.az-a daxil olaraq “Əmanətlər” bölməsində təqdim olunan bank xidmətləri, emanet faizleri, depozit şərtləri ilə tanış ol. Onlayn məslətçimizlə yaxud da 117 Çağrı mərkəzimizə zəng edərək əmanət, bank depozit faizleri ilə bağlı suallarınıza cavab tapa bilərsən.
Əmanət kalkulyatoru
Əmanət kalkulyatoru sayəsində aylıq və illik faiz dərəcələrini hesablamaq mümkündür. Məbləği, valyutanı, müddəti və faizləri bu kalkulyator avtomatik qaydada hesablayaraq təqdim edəcək. Əmanət kalkulyatoru sayəsində rahatlıqla hesablama apara və faiz dərəcələrinin sənə uyğun olub-olmadığına qərar verə bilərsən.