117

Əmanətlər

Əmanət pulun dəyərinin artırılması deməkdir. Bank hesabı açılaraq müəyyən məbləğdə depozit yerləşdirilir. Depozit fiziki və ya hüquqi şəxs tərəfindən maliyyə aktivlərini saxlamaq və ya mənfəət əldə etmək məqsədi ilə banka verilməsidir. Depozit olaraq milli və xarici valyutada olan pullar, qiymətli kağızlar, qiymətli metallar və daşlar, zərgərlik məmulatları, incəsənət əşyaları və digər maddi sərvətlər şəxsin özü tərəfindən depozit qutularında yerləşdirilir. Depozit maliyyə aktivlərini banka yerləşdirməkdən qazanc əldə etməyin yollarından biridir.

Müddətli

Puluna dəyər qat! Əmanət hesabı aç və pulunu artır!

Yığım

Gələcəyini indidən düşün! Minimal məbləğlə daha çox pul qazan.

Proqressiv

Əmanətini götürmək üçün 1 il gözləmə! İstədiyin vaxt pulunu əlavə gəlir ilə əldə et.

Topla

UBank mobil tətbiqində hədəf yaradaraq pul toplamağa imkan verən rəqəmsal əmanət məhsuludur.

Əmanətin növləri

Əmanət müddətli və tələbli olaraq 2 yerə ayrılır. - Müddətli əmanət isə özlüyündə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli əmanətlər 6 ay, uzunmüddətli əmanətlər isə bir neçə illik müddəti əhatə edə bilir. Adətən qısamüddətli əmanətdə faiz dərəcələri az olsa da, uzunmüddətli əmanətdə bu faiz dərəcəsi çoxdur. - Tələbli əmanət növü isə müştəriyə uyğun şərtlər təklif edir. Bu zaman müştəri öz vəsaitini qeyri-müəyyən müddətə bankda yerləşdirir. Arzu etdiyi zaman isə istədiyi anda bankdan çıxara bilir.

Depozit faizleri

Bank depozit faizleri seçilmiş olan əmanət növünə görə dəyişir. Müddətli əmanətdə 9.5 % illik faiz dərəcəsi ilə 24 ayadək 500 AZN/USD,EUR yerləşdirmək mümkündür. Yığım əmanəti seçildikdə isə depozit faizləri 8%-dir, 12 ay müddətinə seçilə bilir. 50 AZN banka pul qoymaq kifayət edir. Proqressiv əmanətdə isə 12 ay gözləməyinizə ehtiyac yoxdur. 500 azn məbləğ yerləşdirməklə 12 ayadək 8.5% gəlir əldə edə bilərsən. Topla əmanət növü isə Ubank tətbiqi vasitəsilə mümkündür. Bu əmanət növü 12 ay müddətində 9%-dək gəlir qazanma təklif edir. İlkin depozit olaraq banka pul qoymaq kimi bir tələb yoxdur.

Banka pul qoymaq Unibank-da

Unibank.az-a daxil olaraq “Əmanətlər” bölməsində təqdim olunan bank xidmətləri, emanet faizleri, depozit şərtləri ilə tanış ol. Onlayn məslətçimizlə yaxud da 117 Çağrı mərkəzimizə zəng edərək əmanət, bank depozit faizleri ilə bağlı suallarınıza cavab tapa bilərsən.

Əmanət kalkulyatoru

Əmanət kalkulyatoru sayəsində aylıq və illik faiz dərəcələrini hesablamaq mümkündür. Məbləği, valyutanı, müddəti və faizləri bu kalkulyator avtomatik qaydada hesablayaraq təqdim edəcək. Əmanət kalkulyatoru sayəsində rahatlıqla hesablama apara və faiz dərəcələrinin sənə uyğun olub-olmadığına qərar verə bilərsən.

Axtarış

Məhsullar
Xəbərlər
Digər