117

Новости и акции

Unibank 100.000-ci müştərisinə kompensasiya ödəyib
23.05.2019

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının operativ icrası məqsədilə gücləndirilmiş iş rejimində çalışan Unibank, 100.000-ci müştərisinə kompensasiya ödənişini həyata keçirib. Müştəri Zərifə İbrahimova bankdan ona düşən kompensasiya məbləğini əldə edib. Müştəri bildirib ki, adına kompensasiya hesablandığını da Unibank əməkdaşından öyrənib: “Unibank əməkdaşı evimizə zəng edib adıma olan kompensasiya vəsaitini götürməyim üçün fililala dəvət edəndə, çox sevindim. Bankda isə daha bir sürprizlə qarşılaşdım. Unibankdan kompensasiya alan 100.000-ci müştəri olduğum üçün mənə xüsusi hədiyyə verdilər”.

 

İndiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Bu həftə ərzində prosesin tam olaraq başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, ödəniləcək kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.

 

Kompensasiya hesablanmış şəxslər siyahısında olan hər bir Unibank müştərisi bu həftə ərzində istədiyi Unibank filiala yaxınlaşıb, kompensasiya məbləğini rahat şəkildə əldə edə bilər.

 

Поиск

Продукты
Новости
Другое