Unibankın İdarə Heyətində yeni təyinat olub
“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.
02.02.2023
Unibank “Gəncə” filialını yeni konseptdə istifadəyə verib
İndi Gəncə şəhərinin əhalisi, eləcə də yaxın ərazilərdə yaşayan sakinlər “Unibank”ın yenilənmiş filialında daha da yüksək xidmətlə təmin olunur. “Unibank”ın yeni konsepsiya əsasında təmir edilən “Gəncə” filialı, biznes və pərakəndə müştərilərə rahat məkanda geniş spektrli və innovativ xidmət göstərir.
02.02.2023
Unibank ötən ilin maliyyə nəticələrini açıqlayıb
“Unibank” KB ASC 2022-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 24.5 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb.
25.01.2023
Altı təklifdən ən sərfəlisini seç!
Unibank biznes sahibləri üçün kampaniya keçirir. Kampaniya çərçivəsində bank sərfəli faiz və aşağı komissiyalı kredit təklif edir.
19.01.2023
Bonuslar
08.12.22 tarixindən etibarən UBank-da edilən əməliyyatlara və UWalk-da toplanılan addımlara görə bonusların hesablanması dayandırılmışdır. Toplanılan bonusları hədiyyələrə dəyişmək imkanı 15.01.23 tarixində bitmişdir.
16.01.2023
Unibankın kapitalı 31 milyon manat artıb
Unibank 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb.
06.01.2023
Mastercard "Şahdağ NFC Kampaniyası"nı keçirir
Aprelin 15-dək davam edən kampaniya çərçivəsində Unibank Mastercard sahibləri NFC (Apple Pay, Google Pay, Garmin Pay vasitəsilə) "Zirvə" və "Şahdağ" hotellərində, Ski Pass, Ski icarəsində, 3 restoranda ("Badam", "2351" restoranı və "Gondola" kafe) ödəniş etdikdə, 10% endirim qazanacaqlar.
27.12.2022
“Unibank” KB ASC səhmdarlarının ümumi yığıncağı qərarını açıqlayıb
“Unibank” Kommersiya Bankı” ASC səhmdarlarının dekabrın 6-da keçirilən növbədənkənar ümumi yığıncağında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub.
20.12.2022
Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha 5 nəfərə avadanlıq təqdim edib
Unibank özünüməşğulluq layihəsində iştirakını davam etdirir. Layihə çərçivəsində bank tərəfindən 5 nəfərə “fotoatelye” zərfi üzrə avadanlıq verilib.
16.12.2022
Mastercard "Restoranlar NFC Kampaniyası"nı keçirir
Yanvarın 7-dək davam edən kampaniya çərçivəsində Unibank Mastercard sahibləri istənilən kafe-restoranda NFC(Apple Pay və Google Pay vasitəsilə) minimum 100 AZN dəyərində ödəniş etdikdə, kartının statusuna uyğun olaraq müvafiq sayda keşbek qazanacaqlar.
14.12.2022
Unibank Privileged Access Management (PAM) alınması üçün tender elan edir
Unibank KB İT proqram təminatının alınması üçün tender elan edir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix 19.12.2022-ci il, saat 12.00-dır.
12.12.2022
Unibank 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir
Bu ilin sonunadək kapitalın 29 milyon manat artımını hədəfləyən Unibank, bu istiqamətdə növbəti səhm buraxılışı həyata keçirir. “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiya prospekti 6 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydə alınıb.
08.12.2022
Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb
“Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 investor tərəfindən alınıb.
30.11.2022
Unibank istiqrazlarının hərrac tarixi açıqlanıb
1 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
24.11.2022
Unibank kredit faizini endirdi
Unibank işindən, peşəsindən asılı olamayaraq, hər kəs üçün onlayn kredit müraciətlərində endirim kampaniyası elan edib. Rəsmi gəliri olanlar indi “Unibank”a onlayn formada müraciət edərək, 2% endirimli nağd kredit kampaniyasından faydalana bilər. Kampaniya müddətində 30 min manatadək krediti sərfəli faizlə əldə edənlərə 4 valyutalı UCard hədiyyə olunacaq.
17.11.2022
Unibank növbəti istiqraz buraxılışı həyata keçirir
“Unibank Kommersiya Bankı” ASC-nin Müşahidə Şurasının 25 oktyabr 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 12 000 ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 noyabr 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
17.11.2022
Unibank Bank of New York Mellon-da müxbir hesabı açıb
Unibank KB Bank of New York Mellon-da müxbir hesabı açıb. Bu, “Unibank”ın beynəlxalq hesablaşmalarda fəaliyyətini genişləndirilməsinə, eyni zamanda beynəlxalq pulköçürmə xidmətlərinin təşviqinə xidmət edəcək.
15.11.2022
Bizi bu inkişaf həddinə müştərilərimizin tələbləri çatdırdı
Unibank son illərdə öz inkişafında yeni mərhələyə qədəm qoydu. Bu proses necə getdi, Bankın inkişaf hədəfləri nədir və müştəriləri hansı yeniliklər gözləyir? Bu sualları Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov cavablandırıb.
11.11.2022
Unibank proqram təminatının alınması üçün üçün tender keçirir
Unibank KB Dynatrace Software Intelligence Platform İT avadanlığının alınması üçün tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər.
04.11.2022
Unibankın kapitalı 29 milyon manat artacaq
Unibank ilin sonunadək kapitalını növbəti dəfə artıracaq. Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesi nəticəsində, Bankın kapitalının il ərzində ümumilikdə 29 milyon manatdan çox artırılması nəzərdə tutulub. Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb və Bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub.
28.10.2022
Unibank 3-cü rübün maliyyə nəticələrini açıqlayıb
“Unibank” KB ASC 2022-ci ilin ilk 9 ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bank 3-cü rüb ərzində də biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə yüksək göstərici əldə edib. Belə ki, mikrokedit portfelində ötən ilin eyni dövrü ilə müqayisədə 84% artım qeydə alınıb.
26.10.2022
Unibank biznes krediti faizlərini aşağı saldı
Payızın bərəkəti ilə biznesinizi daha da hərəkətləndirmək, böyütmək istəyirsinizsə, “Unibank”dan kredit götürmək üçün əsl vaxtdır. Çünki bank mikro və kiçik sahibkarlar üçün daha bir kampaniya keçirir.
13.10.2022
Unibank bütün peşə sahibləri üçün kampaniya keçirir
Unibank işindən, peşəsindən asılı olamayaraq, hər kəs üçün nağd kredit kampaniyası keçirir. Rəsmi gəliri olan hər kəs indi “Unibank”dan 0% komissiyalı nağd kredit üçün müraciət edə bilər. İki həftəlik kampaniya müddətində 30 min manatadək krediti komissiyasız əldə edə bilərsiniz. Üstəlik 4 valyutalı UCard hədiyyə olunacaq.
11.10.2022
Unicapital səhmdarlarına 800 min manat dividend ödəyib
“Unicapital İnvestisiya Şirkəti” ASC səhmdarlarına 800.000 AZN məbləğində dividend ödəyib. Dividend ödənişi barədə qərar “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının 30 sentyabr 2022-ci il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilib.
06.10.2022
Unibank Zəngilanın Ağalı kəndində sosial layihə həyata keçirib
Korporativ sosial məsuliyyət “Unibank”ın brend strategiyasında əsas istiqamətlərdən biridir. Bank fəaliyyət göstərdiyi 30 il ərzində müxtəlif sahələrdə sosial layihələr həyata keçirib. Torpaqlarımızın işğaldan azad olunmasından sonra isə şəhid və qazı ailələrinə dəstək, eləcə də Qarabağ mövzusu bankın əsas KSM istiqamətinə çevrilib.
30.09.2022
Unibankdan daha bir yenilik- Hədəfinə çat və əlavə qazanc əldə et!
Unibank ölkə bank bazarı üçün bir ilk olan onlayn məhsulunu müştərilərin istifadəsinə verib. Bankın UBank mobil tətbiqində təqdim etdiyi “Topla” rəqəmsal məhsulu sizə arzularınızı reallaşdırmaq istiqamətində hədəflərinizə çatmaq üçün pul yığmağa imkan verəcək.
23.09.2022
Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb
“Unibank”ın maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə və yerli mikro və KOS-ların kreditləşdirilməsi imkanlarının təşviqinə yönəlmiş maliyyə vasitəçilərinin potensialının artırılması üzrə texniki əməkdaşlıq proqramı uğurla yekunlaşıb. Əsas maraqlı tərəflərin - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İttifaqının (Aİ) və Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin güclü dəstəyi ilə bu proqramın nəticələri Unibank KB və “Unicapital” İnvestisiya Şirkətinin dayanıqlılığının daha da güclənməsinə və bununla da müştərilərə daha güclü dəstəyə zəmin yaradacaq.
21.09.2022
Unibank Bakıda keçiriləcək paracüdo üzrə Dünya Çempionatının dəstəkçisidir
Unibank noyabrın 8-10-da Bakıda keçiriləсək paracüdo üzrə Dünya Çempionatının əsas tərəfdaşlarından biridir. Ölkəmizdə ilk dəfə keçirilən paracüdo idman növü üzrə dünya çempionatında 45 ölkədən 250 idmançının iştirakı gözlənilir.
20.09.2022
Unibank təhsil kampaniyasının vaxtını uzadıb
Unibank təhsil işçilərinin çox sərfəli şərtlərlə kredit götürməsi üçün təhsil kampaniyasının vaxtını uzadıb. İndi 21 sentyabradək “Unibank”dan kredit götürən təhsil işçiləri krediti komissiyasız rəsmiləşdirməklə yanaşı, illik faiz dərəcəsinə 4%-lik endirim əldə edəcəklər. Kampaniya zamanı kredit götürən təhsil işçilərinə multivalyutalı UCard hədiyyə ediləcək.
09.09.2022
Unibank IT avadanlığının alınması üçün tender keçirir
Unibank KB IT avadanlığının alınması üçün tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər.
30.08.2022