Become a customer

News and events

Unibankdan biznesə yeni başlayanlara dəstək: Bank xidmətləri pulsuz olacaq!
31.07.2018
Unibank biznesə yeni başlayan hüquqi şəxslər üçün kampaniya keçirir. Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər avqust ayı ərzində Unibankda hesab açdıqları zaman, əksər bank xidmətlərindən pulsuz istifadə edə biləcəklər. “Unibank” KB ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Samir Mustafayev bildirib ki, məqsəd yeni biznesə başlayan iş adamlarına dəstək olmaqdır: “Yeni biznesə başlayanda adətən qazanc çox olmur. Buna görə qərara gəldik ki, bank olaraq iş adamlarımıza daha bir dəstək göstərək, iyulun 1-dən avqustun 31-dək yeni VÖEN alıb biznesə başlayan hüqüqi şəxslər üçün hesablaşma - kassa xidməti əməliyyatlarını pulsuz edək. Avqust ayı ərzində Unibankda hesab açan yeni biznesə sahibi hüquqi şəxslər 2 ay ərzində konvertasiya, pul köçürməsi, valyuta köçürmələri komissiya xərclərindən azaddırlar. Filiallarda cari hesabdan pulun çıxarılması (1% vergi tutulması istisna) da komissiyasız olacaq. Kampaniya çərçivəsində hüquqi şəxslər üçün korporativ kartın xidmət haqqı da 1 il pulsuzdur. İnanırıq ki, bu kampaniya yeni biznes quran sahibkarlarımız üçün çox faydalı olacaq”.


Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
- Sərfəli tariflər;
- Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
- Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
- Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
- Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
- Sənəd dövriyyəsinin minimuma endirilməsi;
- Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
- Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Search

Products
News
Other