117

Xəbərlər və aksiyalar

Unibank özünüməşğulluq layihəsində daha 3 ailəyə dəstək olub
06.10.2021

Unibank özünüməşğulluq layihəsi çərçivəsində ölkə vətəndaşlarının şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Bu günlərdə daha 3 ailəyə Unibank tərəfindən belə dəstək göstərilib. Bakı sakini,Vətən müharibəsi iştirakçısı  Namizəd Azayev, Neftçala sakini Ceyhun Kazımov və Bakı sakini Vüsal Niyazov öz şəxsi bizneslərini qurmaq üçün Bank tərəfindən lazımi avadanlıqlarla təmin olunublar.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

 Korporativ sosial məsuliyyət “Unibank”ın fəaliyyətində əsas istiqamətlərdən biridir. Ötən il və bu il isə Bank şəhid ailələri və qazilərlə bağlı sosial layihələrə xüsusilə diqqət yetirir.

Axtarış

Məhsullar
Xəbərlər
Digər