Müştəri ol

Xəbərlər və aksiyalar

Unibank pandemiyadan zərər görən sahibkarlara güzəştli kreditlərin verilməsinə başlayıb
22.07.2020
Unibank Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasına uyğun olaraq, sahibkarlardan müraciətlərin qəbuluna başlayıb. Artıq pandemiyadan zərər görmüş bir sıra biznes sahibləri güzəştlərdən faydalanmaq üçün müraciət ediblər. 

“Unibank” KB-nın Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, yeni qaydalar biznes üçün geniş güzəşt imkanlarını nəzərdə tutur və müvəkkil bank olaraq Unibank bu prosesdə birbaşa iştirakdan məmnundur: “Unibank  hər zaman olduğu kimi bu gün də biznesin yanındadır. Pandemiyadn ziyan çəkmiş həm mövcud müştərilərimiz, həm də yeni muraciət edən biznes sahibləri bu güzəştlərdən faydalana bilər. Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına dövlət dəstəyi iki istiqamət üzrə ediləcək. Birinci güzəşt, pandemiyadan zərər çəkmiş biznes sahiblərinin mövcud kredit faizlərinin subsidiyalaşmasını nəzərdə tutur. Bu halda, mart ayından başlayaraq 1 il ərzində (2021-ci ilin martınadək)  kredit faiznin 10%-i həcmində subsidiya ödəniləcək. Məsələn, sahibkar 13%-lə kredit götürübsə, faizin 10%-ni dövlət ödəyir, qalan 3%-ni sahibkar ödəyəcək. İkinci dəstək – pandemiyadan zərər çəkmiş biznes sahiblərinə güzəştli kreditlərin verilməsidir. Şərtlərə görə, güzəştli kredit 3 il müddətinə və 15%-dən yuxarı olmayaraq ayrılır. Bu halda kredit faizlərinin 50%-ni dövlət güzəşt edir. Məsələn, bank sahibkara 15%-lə kredit verir və bu faizin yarısını- yəni 7,5%-ni dövlət ödəyəcək. Yeni qaydalarda biznesə daha bir dəstək -girov olaraq dövlət zəmanətinin verilməsidir. Müştərinin girovu kredit götürməyə çatmırsa, dövlət kredit məbləğinin 60%-nə qədər zəmanət verir. Yəni 100 minlik kreditin 60 min manatı dövlət zəmanəti ilə veriləcək. Burda girov qismində dövlət zaminliyi durur”.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Axtarış

Məhsullar
Xəbərlər
Digər