117

Xəbərlər və aksiyalar

Unibank özünüməşğulluq proqramına dəstək verir
16.04.2020

Unibank Tamam Cəfərovanın ən böyük istəyini -  öz şəxsi biznesini yaratmaq arzusunu reallaşdıracaq. Ölkəmizdə qədim tikmə sənətinin azsaylı davamçılarından olan Tamam xanım bu peşəni yaşatmaq, gələcək nəsillərə ötürmək, bu sahədə kiçik biznesini qurmaq fikrindədir. Bu gözəl missiyanı həyata keçirməkdə isə Unibank ona dəstək olacaq: “Mən bu bacarıqları anamdan öyrənmişəm. Uşaqlıqdan bu işlə məşğulam. 1997-ci ildə cəbhə zonasında olan kəndimizdə minaya düşərək ayağımı itirəndən sonra da, məni həyata bu bacarıqlarım bağladı. Hər zaman arzum olub ki, bildiyim tikmə, toxuma, dərzilik sənətini genişləndirim. Amma lazımı avadanları almağa imkan olmadığından, bu arzu olaraq qalıb. İndi bu arzumu həyata keçirməkdə, öz şəxsi binesimi qurmaqda Unibank mənə dəstək olacaq. Çox sevinirəm ki, həm anamdan mənə yadigar qalan sənəti yaşadacam, həm də bu işdən əldə edəcəyim qazancla öz dolanışığımı təmin edəcəm”.

Tovuz rayonunun Cilovdarlı kənd sakini olan Tamam Cəfərova “Unibank”ın qoşulduğu özünüməşğulluq proqramında dəstək verəcəyi vətəndaşlarımızdan biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsindəbanklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır. 

Axtarış

Məhsullar
Xəbərlər
Digər