Müştəri ol

Xəbərlər və aksiyalar

Unibankdan sahibkar xanımlara bayram hədiyyəsi: İllik cəmi 8% ilə kredit
05.03.2020

Unibank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Qadın sahibkarlara dəstək” kampaniyası keçirir. Kampaniya çərçivəsində biznesinin həcmindən asılı olmayaraq “Unibank”dan biznes krediti götürən bütün xanım sahibkarlar, krediti illik cəmi 8% ilə rəsmiləşdirə biləcəklər. Kampaniya martın 10-dək davam edəcək.

 

Sən zərifliyinlə güclü layihələrə imza atan Sahibkarsan- yaxşı ki, varsan!

 

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

 

-Sərfəli tariflər;

-Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

-Hesabın onlayn açılması;

-Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

-Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

-Sənəd dövriyyəsinin minimuma endirilməsi;

-Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

-Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

 

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkar xanımlar bank filiallarına müraciət edərək,  kampaniyadan faydalana bilərlər. 

Axtarış

Məhsullar
Xəbərlər
Digər