Müştəri ol

Xəbərlər və aksiyalar

Unibankda biznes kreditləri 0% komissiyalı oldu
11.01.2018

Unibank biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir. Yanvar ayı ərzində rəsmiləşdirilən biznes kreditləri komissiyasız olacaq. Siz də biznesinizi bu ildən daha da böyütmək istəyirsinizsə, Unibankın 0% komissiyalı və sərfəli faizli biznes kreditlərindən faydalanın!

Unibankın biznes sahibləri üçün 50% endirimli kampaniyası da davam edir. Yanvarın 31-dək Unibank-da hüquqi şəxs hesabı açan müştərilərə, 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək. Biznes sahibləri üçün keçirilən kampaniya aşağıdakı xidmətləri əhatə edir:
- Konvertasiya əməliyyatları;
- Manat və xarıcı valyuta ödənişləri;
- Əmək haqqı layihəsi üzrə köçürmələr;
- Nağd pulun çıxarılması;
- Hüquqi şəxslər üçün kartın qiymətində endirimlər.

Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
- Sərfəli tariflər;
- Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
- Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
- Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
- Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
- Sənəd dövriyyəsinin minimuma endirilməsi;
- Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
- Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.


Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Axtarış

Məhsullar
Xəbərlər
Digər