117

Mağaza və restoranda

Pos terminal vasitəsi ilə ödəniş edilən zaman kart diqqətdən buraxılmamalıdır

Alınan malın qəbzi kart sahibi tərəfindən saxlanılmalıdır.

Alınan malın ödənilməsi zamanı kartdan silinmə düzgün yerinə yetirilmədikdə əməliyyatın ləğv edilməsi POS-terminaldan icra olunmalıdır.

Şübhəli ticarət məntəqələrində kart vasitəsilə ödəniş edilməməlidir.

Kartla əməliyyatın, POS-terminaldan savayı hər hansı əlavə terminalda yerinə yetirilməsinə yol verməyin.

İmprinterlə (POS-terminalsız) ödəniş zamanı üçdən artıq slipi imzalama. Slipdəki imza – göstərilən məbləğin sənin kart hesabından silinməsinə razılıq deməkdir. Sənin imzaladığın üç slipdən biri təşkilatda qalır, digəri bu təşkilat tərəfindən bank-a göndərilir və üçüncüsü, yerinə yetirilmiş əməliyyatın təsdiqi kimi, Səndə qalır.

 


Axtarış

Məhsullar
Xəbərlər
Digər