Cash by Code
Kart olmadan bankomatdan asanlıqla pul çıxar.
Şərtlər
Cash by Code- asan, tez, rahat, təhlükəsiz şəkildə və 24/7 prinsipi ilə fəaliyyət göstərən bir xidmətdir. Bu xidmət ilə kartdakı pulu bankomat vasitəsi ilə köçür və bank kartı olmayan şəxs həmin pulu bankomatdan çıxarsın.
İstifadəsi
-Bankomatda Cash by Code xidmətini seç;
-Məbləği və pulu alan şəxsin mobil nömrəsini daxil et, bankomatdan müvafiq şifrə (1-ci hissə) əks olunmuş qəbz çap ediləcək
-Pulu alacaq şəxsə SMS vasitəsilə müvafiq şifrə (2-ci hissə) göndərilir
-Pulu alacaq şəxs qəbzdəki şifrə və SMS vasitəsilə göndərilən şifrələri ardıcıllıqla daxil edir və pulu çıxarır.
Tariflər
Komissiya haqqı 1% (min.1 AZN/USD/EUR/GBP)
! Albalı Plus kartları ilə cash by code zamanı Albalı Plus kartının nağdlaşdırma komissiyası da nəzərə alınır.
İstifadə qaydaları
-Kartın arxasında imza qoyulmalıdır.
-PİN-kod heç kəsə bildirilməməlidir.
-PİN-kod kartın üzərinə yazılmamalıdır
-Kart heç kəsə etibar edilməməlidir
-Kart itdikdə, dərhal buradan http://app.unibank.az və ya 117 məlumat mərkəzinə müraciət edərək bloklaşdırılmalıdır
-Həftədə bir dəfədən az olmayaraq, kart qalığını Unibank Mobile ilə yoxlanılmalıdır.