Müştəri ol

Kredit Xətləri

Qısamüddətli planları kredit xətləri ilə reallaşdır!

Kredit xətti qısamüddətli (1 ilə qədər) maliyyələşmə üçün nəzərdə tutulan bank məhsuludur. Kredit xətti vasitəsilə həm biznes layihələrinin maliyyələşdirilməsini, həm də dövriyyədə vəsaitinin artırılmasını həyata keçirə bilərsən. Kredit xəttinin biznes kreditlərdən fərqləndirən əsas xüsusiyyəti müştəri tərəfindən ödənilən məbləğ ilə kredit xətti limitinin yenidən bərpa olmasıdır. 

Ölkə bank sektorunda ilk dəfə olaraq Unibank sahibkarlara və hüquqi şəxslərə kredit xətlərindən bankın filiallarına gəlmədən, çox qısa zamanda istifadə imkanı yaradıb. Sadəcə İnternet bankçılıqla müraciət edirsən, Asan İmza vasitəsilə imza atırsan və cəmi 5 dəqiqə ərzində vəsait cari hesabına köçürülür. Hətta ölkə xaricində olanda da, elektron müraciət etməklə, kredit xəttindən istifadə etmək olar. 




Kredit müraciəti

Axtarış

Məhsullar
Xəbərlər
Digər