Məmnun
müştəri xidməti
İnternet-Banka daxil olun
Onlayn kredit müraciəti
ONLİNE KREDİT ODƏNİŞİ
ALBALI - ŞƏXSİ KABİNET
Off
Onlayn məsləhətçi

 
 
Elektron arayış


Unibank
-ın xidmətlərindən təcili istifadə etmək istəyirsiniz, amma iş yerindən arayış almaq üçün gözləməyə zamanınız yoxdur? Narahat olmayın, artıq siz iş yerinizdən arayış gətirmədən də Unibank filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank  “Elektron Hökumət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

Hansı imkanları əldə etmiş olursunuz?

-       Evinizdən, iş yerinizdən e-gov.az portalında qeydiyyatdan keçərək, kredit almaq üçün fərdi arayışınızı Unibank-a göndərə biləcəksiniz;

-       Qeydiyyat prosesini Unibank filiallarında həyata keçirərək yerindəcə kredit almaq fürsəti qazanırsınız;

-       Artıq qeydiyyatdan keçmişsinizsə və kod parola maliksinizsə, filiallarımızda əlavə vaxt itirmədən kredit müraciətinizə baxılması.

Elektron hökumət portalına daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar.

Kod parolu necə almaq olar?

-          Elektron hökumət portalında (www.e-gov.az) qeydiyyatdan keçməklə;

-          paytaxtda və rayon mərkəzlərindəki bütün poçt şöbələrindən və digər qeydiyyat mərkəzlərindən;

-          Unibank filiallarından.

www.e-gov.az portalında qeydiyyatdan keçmək və fərdi arayışı formalaşdırmaq çox sadədir. Bunun üçün www.e-gov.az elektron hökumət portalına daxil olmaq, qeydiyyat prosedurunu tamamlamaq və "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə arayışı formalaşdırıb elektron şəkildə Unibank-a göndərmək kifayətdir.

Məlumat Hesablama Mərkəzi ilə Unibank arasında imzalanan müqavilənin şərtlərinə görə, bankın filiallarında da “Elektron hökumətin” qeydiyyat məntəqələri fəaliyyət göstərəcək. Bunun sayəsində kredit üçün müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə, kod parol olan zərfləri bank filiallarından əldə edə biləcəklər. Bank isə öz növbəsində vətəndaşın “Elektron Hökumət” portalındakı məlumatlarına əsasən, dərhal onun kreditlə bağlı müraciətini cavablandıracaq. “Elektron hökumət” portalından qeydiyyatdan keçərkən rastlaşa biləcəyiniz sualların cavablandırılmasında bank əməkdaşları sizə yardımçı olacaqlar. Göndərilən arayışlar “Elektron hökumət” tərəfindən onlayn qaydada imzalanır. Növbəti mərhələlərdə vətəndaşların portalın xidmətlərindən daha rahat istifadə edə bilmələri üçün Unibankın filiallarında terminalların da quraşdırılması nəzərdə tutulub. Layihənin icrasına ilkin olaraq Unibank-ın Rəşid Behbudov, 55 ünvanındakı baş idarəsində başlanılır. Qısa müddətdə elektron arayışla kreditlərin verilməsi bankın bütün filiallarında mümkün olacaq.


 
Sizi maraqlandıra bilər
   Kreditlər
   Nağd kredi̇tlər
   Depozitlər
   Pul köçürmələri
   Debet kartlar
Card-to-Card
Mikrokreditlər
İnternet-Bank
Məsləhətlər
Private Banking
Unicapital
Vakansiyalar
Unileasing
Depozit qutuları
"Proqressiv" depozit
PIN change
Müddətli depozit
Filiallar və bankomatlar
Yığım depoziti
Əmək haqqı layihələri
İpoteka krediti
Vəsaitlərinizi bir kartdan digər karta bankomat vasitəsilə köçürün
Sahibkarlar və kiçik biznes sahibləri üçün rahat kredit aləti
Unibank-ın məhsul və xidmətlərindən İnternet vasitəsilə istifadə edin
Maliyyə sahəsində Unibank-ın məsləhət xidmətlərindən faydalanın
Fərdi yanaşma sənətini duyun!
Fond bazarında peşəkar broker və diler xidmətləri
Karyerasını Unibank-da qurmaq istəyənlər üçün
Lizinq bazarında istənilən xidmət
Qiymətli əşya və sənədlərnizi qorumaq üçün ən rahat üsul
Faizləri itirmədən vəsaitlərinizi istənilən vaxt çıxarın!
PİN kodu təhlükəsiz və tez dəyişmək istəyənlər üçün
Yüksək faiz əldə edin!
Unibank-ın istənilən filialını və bankomatını buradan tapa bilərsiniz
Vəsaitinizi artırın və bonus qazanın!
Əmək haqqının ödənilməsi sahəsində ən rahat və doğru üsul
Ev və ya mənzil almaq istəyirsiniz? Onda ipoteka kreditlərmizdən faydalanın!
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
 
© 2003 - 2017 Unibank  |   Əlaqə  |   Təklifinizi verin