Məmnun
müştəri xidməti
İnternet-Banka daxil olun
Onlayn kredit müraciəti
ONLİNE KREDİT ODƏNİŞİ
ALBALI - ŞƏXSİ KABİNET
Off
Onlayn məsləhətçi

 
 
Sənədli əməliyyatlar

Siz  ticarətlə məşğulsunuz və tez-tez alıcılarınız ödənişi yalnız mal daxil olduqdan sonra edəcəklərini bildirirlər? Yaxud əksinə, Siz alıcısınız və satıcı Sizdən əvvəlcədən ödəniş tələb edir, lakin Siz risk etmək istəmirsiniz. Bu cür problemlərin həlli Bankımızın təklif etdiyi geniş çeşidli sənədli əməliyyatlardır.


Sənədli əməliyyatlar üzrə məhsullar xarici iqtisadi sövdələşmələrdə kontragentlər arasında etimad yaradır, onların etibarlılığı və təcrübəsi ilə bağlı riskləri azaltmağa, habelə hesablamalarla bağlı xərcləri optimallaşdırmağa imkan verir.   Bizimlə əməkdaşlıq Sizə sənədli əməliyyatların birinci dərəcəli dünya bankları tərəfindən təsdiq olunmasına imkanı yaradacaq. «Unibank KB» ASC dünyanın aparıcı bankları ilə tərəfdaş olduğundan beynəlxalq maliyyə institutlarının ticarətin inkişafına yardım proqramlarının fəal iştirakçısıdır.  

Bizim Bank Sizə sənədli əməliyyatların aşağıdakı növlərini təklif edir: 

  • akkreditivlər
  • qarantiyalar
  • inkasso

Akkreditivlər

Sənədli akkreditiv xarici ticarət əməliyyatları üzrə ümumi qəbul olunmuş ödəniş üsuludur və dünyanın bir çox ölkələrində mövcud olan daha çevik və təhlükəsiz hesablaşma formasıdır. Sənədli akkreditivin istifadəsi mədaxilin daha etibarlı və tez əldə olunmasını təmin edir, habelə əvvəlcədən ödəniş etməməyə imkan verir.   Hesablaşmanın bu forması həm əmtəə və ya xidmət satıcısının, həm də alıcının maraqlarını maksimum dərəcədə qoruyur. Buna görə də, əgər yeni kontragentlərlə tərəfdaşlıq münasibətlərinə başlamaq və bununla bağlı risklərinizi minimuma endirmək istəyirsinizsə, Bizə müraciət edin. Belə ki, «Unibank KB» ASC-də hər zaman Sizin özünüz və biznesiniz üçün məqsədəmüvafiq çıxış yolları mövcuddur.

Sənədli akkreditiv Sizə həm idxalçı, həm də ixracatçı olduğunuz halda sərfəlidir. Ona görə ki, əgər Siz:

İxracatçısınızsa:

İdxalçısınızsa:

ödənişə zəmanət verilir, çünki ödəniş üçün məsuliyyət bizim bankın üzərinə düşür;

Sizə zəmanət verilir ki, ödəniş ancaq satıcı tərəfindən öz öhdəlikləri tam yerinə yetiriləndən sonra həyata keçiriləcək;

ödəniş akkreditivin şərtlərinə müvafiq olan sənədlər bizə təqdim ediləndən sonra, ən qısa bir müddətdə yerinə yetiriləcək;

Siz akkreditivin şərtlərinə əsasən təqdim edilməli olan sənədlər toplusunun müəyyən edilməsi zamanı, bankdan yardım ala bilərsiniz;

akkreditiv təsdiq edilə bilər, beləliklə ödəniş öhdəliyi əlavə edilir;

Siz Bankın akkreditivindəki vaxt hüdudlarına isnad edərək, malların müəyyən vaxt dövründə boşaldılmasında israr edə bilərsiniz;

ödəniş Sizin ölkənizdə olan bank vasitəsilə yerinə yetirilə bilər.

Biz Sizə bütün sənədlərin diqqətlə yoxlanılması barədə zəmanət veririk.


Qarantiyalar

Bank qarantiyaları Sizin müəssisənizi kontragentin müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalından qorumaq üçün etibarlı vasitədir. Risklərinizi minimuma endirmək üçün Bank Sizə sərfəli şərtlərlə aşağıda göstərilən növlər üzrə qarantiyaları və onlara rüsxətnamə (avizo) verilməsini təklif edir:   • ödəniş qarantiyası; • avans ödənişin qarantiyası; • müqavilənin yerinə yetirilməsinin qarantiyası; • tender qarantiyası; • ehtiyat akkreditiv şəklində qarantiya («stand-by»); • digər qarantiya növləri.

İnkasso

«Unibank KB» ASC korporativ müştəriləri, həmçinin sənədli inkasso üzrə xidmətlərdən istifadə edə bilər. Remitent-Bank qismində çıxış edərək, Biz idxalçının bankına müqavilədə nəzərdə tutulan inkasso üçün sənədlərin göndərilməsini təmin edirik (hesab-faktura, nəqliyyat, sığorta, gömrük sənədləri və s.), həmin bank isə öz növbəsində ödəyiciyə, təlimatlara uyğun olaraq, ödəniş və ya akseptin əleyhinə sənədləri verir.   Sənədli inkasso birbaşa bank köçürməsi ilə müqayisədə təhlükəsizliyə böyük zəmanətdir. Alıcıya əmtəənin pulunu ödəmədən, sərəncam və müşayiət sənədlərini, beləliklə də malın özünü almağa imkan vermir. İnkassonun daha bir üstün cəhəti isə müştəriyə qarşı tətbiq olunan bank komissiyalarının daha aşağı olmasıdır. İnkassodan istifadə edildikdə, ödəniş açıq hesab üzrə hesablaşmalarda olduğundan daha tez həyata keçirilir.     


 
Sizi maraqlandıra bilər
   Kreditlər
   Nağd kredi̇tlər
   Depozitlər
   Pul köçürmələri
   Debet kartlar
İnternet-Bank
İpoteka krediti
Məsləhətlər
Private Banking
Depozit qutuları
Yığım depoziti
Card-to-Card
Müddətli depozit
"Proqressiv" depozit
Filiallar və bankomatlar
Mikrokreditlər
Əmək haqqı layihələri
Unileasing
PIN change
Unicapital
Vakansiyalar
Unibank-ın məhsul və xidmətlərindən İnternet vasitəsilə istifadə edin
Ev və ya mənzil almaq istəyirsiniz? Onda ipoteka kreditlərmizdən faydalanın!
Maliyyə sahəsində Unibank-ın məsləhət xidmətlərindən faydalanın
Fərdi yanaşma sənətini duyun!
Qiymətli əşya və sənədlərnizi qorumaq üçün ən rahat üsul
Vəsaitinizi artırın və bonus qazanın!
Vəsaitlərinizi bir kartdan digər karta bankomat vasitəsilə köçürün
Yüksək faiz əldə edin!
Faizləri itirmədən vəsaitlərinizi istənilən vaxt çıxarın!
Unibank-ın istənilən filialını və bankomatını buradan tapa bilərsiniz
Sahibkarlar və kiçik biznes sahibləri üçün rahat kredit aləti
Əmək haqqının ödənilməsi sahəsində ən rahat və doğru üsul
Lizinq bazarında istənilən xidmət
PİN kodu təhlükəsiz və tez dəyişmək istəyənlər üçün
Fond bazarında peşəkar broker və diler xidmətləri
Karyerasını Unibank-da qurmaq istəyənlər üçün
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
 
© 2003 - 2017 Unibank  |   Əlaqə  |   Təklifinizi verin