Məmnun
müştəri xidməti
İnternet-Banka daxil olun
Onlayn kredit müraciəti
ONLİNE KREDİT ODƏNİŞİ
ALBALI - ŞƏXSİ KABİNET
On
Onlayn məsləhətçi
Müştəri onlayn: 2
Növbədə: 0

 
 
Əmək haqqı layihələri
Biznes böyüyür  və genişlənir, əməkdaşların sayı sürətlə artır, əmək haqqının verilməsi isə get-gedə daha çox vaxt və resurs cəlb edir. Biz Sizə bu qayğıları bizə həvalə etməyinizi təklif edirik. Əmək haqqının hesablanması üçün Sizin müəssisənin hər bir əməkdaşına "VISA International” və ya “MasterCard” beynəlxalq ödəniş sistemlərinin, Sizin seçiminizlə, plastik kartı veriləcəkdir

  

Əmək haqqı layihəsinin üstünlükləri: 

 

  • Ödəniş sisteminin bank kartlarının köməyi ilə əməkdaşlara əmək haqqının avtomatlaşdırılmış qaydada paylanması və ödənilməsi təşkilatın, nağd pul vəsaitinin alınması, çatdırılması, saxlanması və paylanması üzrə məsrəflərinin azaldılmasına yönəlmişdir.
  • Böyük məbləğdə nağd pul vəsaitinin nəql edilməsi, pul vəsaitinin ehtimal olunan oğurlanması ilə bağlı olan riskləri aradan qaldırmaqla, əmək haqqının ödənilməsi prosesinin təhlükəsizliyini təmin etmək imkanı 
  • Əmək haqqının bank kartlarına köçürülməsi Sizin müəssisənin əməkdaşlarının əmək haqqının ölçülərinin tam məxfiliyini təmin edir. Həyata keçirilən ödənişlər haqqında informasiyaya ancaq məsul şəxslər malik olurlar
  • overdraft kreditləşdirilməsi (Sizin müəssisənin zəmanəti ilə biz Sizin əməkdaşlarınıza, həmin əməkdaşın əmək haqqından asılı olan limit çərçivəsində, kredit təqdim edə bilərik) 
  • Maksimum səviyyədə rahat əməkdaşlıq üçün, biz, həmçinin Sizin əməkdaşların rahatlığı üçün bizim bankın bankomatının Sizin müəssisənin ərazisində quraşdırılması məsələsini nəzərdən keçirə bilərik. 
  • biz, həmçinin Sizin əməkdaşlarınıza avtonəqliyyatın, ofis və məişət texnikasının əldə edilməsi üçün istehlak kreditlərinin təqdim edilməsi imkanını nəzərdən keçirə bilərik. Sizin şirkətlə razılaşmaya əsasən, bu xidmət aşağıdakı formalarda təqdim oluna bilər: 
                       
             Müəssisənin zəmanəti ilə müəssisənin əməkdaşlarına kreditin verilməsi
             Müəssisənin əməkdaşlarına istehlak mallarının alınması üçün güzəştli şərtlərlə kreditin verilməsi
                               Əmək haqqı layihəsinin imkanları:

  

  • inzibati xərclərin minimuma endirilməsi
  • əmək haqqının hesablanması və verilməsi prosesini, onda daha az əməkdaşın iştirakı sayəsində, sadələşdirmək və müvafiq ştatın (mühasiblərin, kassirlərin) saxlanılması xərclərinin minimuma endirilməsi
  • əmək haqqının və mükafatların ödənilməsinin, ödənişlərin tezliyindən və həcmindən asılı olmayan, iqtisadi baxımdan səmərəli mexanizminin əldə edilməsi
  • əmək haqqının hesablanması prosesinin mərkəzləşdirilməsi və əmək haqqı vəsaitlərini inkassasiya etmək zərurətindən yaxa qurtarmaq
  • əmək və vaxt məsrəfinə qənaət edilməsi
  • Sizin növbə ilə və ya qrafik üzrə işləyən, ezamiyyətdə və ya məzuniyyətdə olan əməkdaşlarınız üçün əmək haqqının alınması prosesinin sadələşdirilməsi
  • inkassasiya xərclərinə qənaət (nağd pulun böyük məbləğlərinin daşınması, yenidən hesablanması və saxlanılması və kassaların müvafiq surətdə təchiz edilməsi zərurətinin olmaması)
  • mühasibat/kassa proseduralarının sadələşdirilməsi (kassa planının tərtib edilməsi proseduru sadələşir, kassa nizam-intizamı və kassa limitinin gözlənilməsi məsələləri həll edilir, müəssisənin mühasibatı və kassası üzrə sənəd dövriyyəsi azalır, çünki vəsaitlərin əməkdaşların şəxsi hesablarına paylanması prosesi bankda tamamilə avtomatlaşdırılmışdır)
  • ödənişlərin yerinə yetirilməsinin operativliyinin təmin edilməsi (biz pul vəsaitlərinin Sizin şirkətin əməkdaşlarının kart hesablarına keçirilməsini, bütün zəruri olan sənədləri aldıqdan sonra, elə həmin gün yerinə yetiririk)
  • Siz tələb olunmamış pul vəsaitinin deponə edilməsi problemindən azad olursunuz


Əmək haqqı layihəsinə qoşulmaq üçün, Siz aşağıdakıları etməlisiniz: 
 

  • bizimlə əmək haqqının plastik kartdan istifadə etməklə köçürülməsi/ödənilməsi üçün Müqavilə bağlamalısınız
  • Sizin müəssisənin ərazisində bankomatın quraşdırıldığı təqdirdə, bankomatın quraşdırılması və ona xidmət edilməsi şərtlərini razılaşdırmalısınız
  • müəssisədə “Bank-Müştəri” sistemini quraşdırmalısınız (Unibank tərəfindən təqdim olunur)
  • bizimlə sənəd dövriyyəsinin qaydasını, əməkdaşlar üçün kartların növlərini və buraxılma şərtlərini razılaşdırmalısınız.

 
Sizi maraqlandıra bilər
   Kreditlər
   Nağd kredi̇tlər
   Depozitlər
   Pul köçürmələri
   Debet kartlar
Mikrokreditlər
"Proqressiv" depozit
PIN change
Depozit qutuları
Məsləhətlər
Private Banking
Yığım depoziti
İnternet-Bank
Vakansiyalar
İpoteka krediti
Unileasing
Filiallar və bankomatlar
Əmək haqqı layihələri
Müddətli depozit
Card-to-Card
Unicapital
Sahibkarlar və kiçik biznes sahibləri üçün rahat kredit aləti
Faizləri itirmədən vəsaitlərinizi istənilən vaxt çıxarın!
PİN kodu təhlükəsiz və tez dəyişmək istəyənlər üçün
Qiymətli əşya və sənədlərnizi qorumaq üçün ən rahat üsul
Maliyyə sahəsində Unibank-ın məsləhət xidmətlərindən faydalanın
Fərdi yanaşma sənətini duyun!
Vəsaitinizi artırın və bonus qazanın!
Unibank-ın məhsul və xidmətlərindən İnternet vasitəsilə istifadə edin
Karyerasını Unibank-da qurmaq istəyənlər üçün
Ev və ya mənzil almaq istəyirsiniz? Onda ipoteka kreditlərmizdən faydalanın!
Lizinq bazarında istənilən xidmət
Unibank-ın istənilən filialını və bankomatını buradan tapa bilərsiniz
Əmək haqqının ödənilməsi sahəsində ən rahat və doğru üsul
Yüksək faiz əldə edin!
Vəsaitlərinizi bir kartdan digər karta bankomat vasitəsilə köçürün
Fond bazarında peşəkar broker və diler xidmətləri
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
 
© 2003 - 2017 Unibank  |   Əlaqə  |   Təklifinizi verin