Məmnun
müştəri xidməti
İnternet-Banka daxil olun
Onlayn kredit müraciəti
ONLİNE KREDİT ODƏNİŞİ
ALBALI - ŞƏXSİ KABİNET
Off
Onlayn məsləhətçi

 
 
Vakansiyalar
 

 

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bu gün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.


Əgər Siz kifaəyt dərəcədə iddialısınızsa, nailiyyətə yönəlmisinizsə və, ən əsası, komandada işləyəməyi bacarırsınızsa, onda bu keyfiyyətlərinizi həyata keçirmək üçün ən yaxşı üsul – özünüz haqda CV-ni bizim HR-xidmətinin bazasınatəqdim etməklə, Unibank-ın peşəkar komandasına qoşulmaqdır.


Unibank-da mövcud vakansiyalar:


Yerləşmə: Bakı
Sektor: Maliyyə və kredit /Bank
Vəzifə : Xidmət təmsilçisi
Müqavilə şərtləri: Daimi
 
Başlıca öhdəliklər və məsuliyyətlər

• Müştərilərin qarşılanması;
• Müştərilərin istəyinə uyğun olaraq onların istiqamətləndirilməsi;
• Bankın məhsulları haqqında müştəriləri məlumatlandırmaq;
• Digər inzibati işlərin görülməsi.

 
Namizədin Profili
 
• Ali təhsil;
• Xanım namizədlər;
• Yaş həddi 20 – 23;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır); 
• MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Müştərilərlə işləmək qabiliyyəti;
• Stressə davamlılıq;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Müştəri yönümlülük.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Xidmət təmsilçisi) göstərməyiniz xahiş olunur.




Yerləşmə: Bakı
Sektor: Bank/Risklərin idarə edilməsi
Vəzifə : Korporativ, kiçik və orta sahibkarlıq kredit riskləri üzrə mütəxəssis
Müqavilə şərtləri: Daimi
 

Başlıca öhdəliklər və məsuliyyətlər

• Biznes kreditləşmə layihələrində risklərinin ekspertizası;
• Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyələrin verilməsi;
• Bankın kredit siyasəti, metodoloqiyasına və Mərkəzi bankın tələblərinə riayət edilməsinə nəzarət;
• Risklərin idarəedilməsi fəaliyyətinin optimallaşdırılması;
• İdarəetmə hesabatlarının hazırlanması və işlənməsi.

Namizədin Profili
 
• Ali təhsil (iqtisadyyat, hüquq və ya riyaziyyat sahəsində), bu sahələr üzrə olmadığı halda – kredit və ya risklərin idarə edilməsi sahəsində digər ali təhsil və ya kvalifikasiya;
• Maliyyə və ya İqtisadiyyat sahəsində minimum 3 il iş təcrübəsi;
• Analitik düşünmə bacarığı;
• Stressə davamlılıq;
• Azərbaycan və Rus dilləri üzrə biliklər;
• Bank riskləri haqda anlayışları və kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində yüksək biliyə sahib olmalı;
• Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
• Qanunvericiliyin əsasları;
• Təcrübəli kompyuter istifadəçisi. Yüksək səviyyədə Microsoft Office üzrə biliklər.



Aşağıdakı namizədlərə üstünlük veriləcəkdir

• Professional sertifikasiya və kvalifikasiyaların mövcudluğu;
• Kreditləşmə və risklərin idarəedilməsi sahəsində iş təcrübəsi;
• Xarici dil bilikləri;
• Mərkəzi Bankın risklərin idarəedilməsi və kreditləşmə sahəsində qaydalar və tələblər bilikləri.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 10.04.2017-ci il tarixinədək cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Korporativ, kiçik və orta sahibkarlıq kredit riskləri üzrə mütəxəssis) göstərməyiniz xahiş olunur.




Sektor: Hüquq /Bank
Vəzifə : Hüquqşünas
Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər və məsuliyyətlər

• Bankı Məhkəmə qərarlarının icrası şöbələrində təmsil etmək.
• Məhkəmə qərarı çıxmış işlər üzrə borclulardan bankın xeyrinə qət edilmiş məbləğin alınması ilə bağlı lazımi işlərin görülməsi.
• Sənədlərin tərtibi, təhlili və ekspertizası.

Namizədin Profili

• Ali hüquqi təhsil ;
• Yaş həddi 22-35;
• Rus və Azərbaycan dilləri üzrə mükəmməl səviyyədə biliklər;
• Stajından asılı olmayaraq məhkəmələrlə iş sahəsində təcrübəyə malik olanlara üstünlük verilir;
• Hərbi xidməti bitirənlərə və ya xidmətdən möhlət hüququ olanlara üstünlük verilir;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Məsuliyyətlilik;
• Ünsiyyət qurmaq bacarığı;
• Sərbəst işləmək bacarığı.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Hüquqşünas) göstərməyiniz xahiş olunur.




Vəzifə : Mikromaliyyə üzrə mütəxəssis (Quba, Salyan, İsmayıllı, Şəki, Mingəçevir, Bərdə, Gəncə, Şəmkir, Tovuz regionları üzrə)
Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər və məsuliyyətlər

• Müştərilərin cəlb edilməsi;
• Müştərinin biznesinin təhlil olunması;
• Təhlilin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi;
• Mikromaliyyə üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.

Namizədin Profili

• Ali təhsil;
• Yaş həddi 21 – 30;
• Riyazi biliklərə sahib olmalı;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• Kompüterdən adi istifadəçi səviyyəsində istifadə etmək bacarığı, “MS Office”i lazımi səviyyədə mənimsəmək bacarığı;
• Ünsiyyət qurmaq və Azərbaycan dilində sərbəst danışmaq bacarıqları;
• Təhlil etmək bacarığı.
• İş təcrübəsinə tələb yoxdur.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Mikromaliyyə üzrə mütəxəssis (müraciət etdiyiniz regionun adı)) göstərməyiniz xahiş olunur.

 


 

Əlaqə məlumatları
Azərbaycan Respublikası,
Bakı ş., AZ1014,
Rəşid Behbudov küç., 55
Tel: (99412) 498 22 44
Faks: (99412) 498 09 53
Teleks: 142460 UNIBK AI
E-mail: bank@unibank.az
Web: www.unibank.az
S.W.I.F.T. UBAZAZ22
INN 1300017201
Sizi maraqlandıra bilər
   Kreditlər
   Nağd kredi̇tlər
   Depozitlər
   Pul köçürmələri
   Debet kartlar
Yığım depoziti
Vakansiyalar
İnternet-Bank
"Proqressiv" depozit
Unicapital
Əmək haqqı layihələri
Unileasing
PIN change
Filiallar və bankomatlar
Mikrokreditlər
Card-to-Card
İpoteka krediti
Müddətli depozit
Depozit qutuları
Məsləhətlər
Private Banking
Vəsaitinizi artırın və bonus qazanın!
Karyerasını Unibank-da qurmaq istəyənlər üçün
Unibank-ın məhsul və xidmətlərindən İnternet vasitəsilə istifadə edin
Faizləri itirmədən vəsaitlərinizi istənilən vaxt çıxarın!
Fond bazarında peşəkar broker və diler xidmətləri
Əmək haqqının ödənilməsi sahəsində ən rahat və doğru üsul
Lizinq bazarında istənilən xidmət
PİN kodu təhlükəsiz və tez dəyişmək istəyənlər üçün
Unibank-ın istənilən filialını və bankomatını buradan tapa bilərsiniz
Sahibkarlar və kiçik biznes sahibləri üçün rahat kredit aləti
Vəsaitlərinizi bir kartdan digər karta bankomat vasitəsilə köçürün
Ev və ya mənzil almaq istəyirsiniz? Onda ipoteka kreditlərmizdən faydalanın!
Yüksək faiz əldə edin!
Qiymətli əşya və sənədlərnizi qorumaq üçün ən rahat üsul
Maliyyə sahəsində Unibank-ın məsləhət xidmətlərindən faydalanın
Fərdi yanaşma sənətini duyun!
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
 
© 2003 - 2017 Unibank  |   Əlaqə  |   Təklifinizi verin