Məmnun
müştəri xidməti
İnternet-Banka daxil olun
Onlayn kredit müraciəti
ONLİNE KREDİT ODƏNİŞİ
ALBALI - ŞƏXSİ KABİNET
On
Onlayn məsləhətçi
Müştəri onlayn: 2
Növbədə: 0

 
 
Bankın tarixi
Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının -  MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranmışdır.

 
2011
  • Unibank “Fastest Growing MasterCard MaestroCard Base in Azerbaijan” nominasiyasında qalib elan olunub. Bank Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası tərəfindən ölkədə mikrobiznesin dəstəklənməsində ən yaxşı maliyyə təsisatı adına layiq görüldü.
2010
  • Bankın Baş ofisi «Uniplaza»ya köçdü. Lənkəran şəhərində Bankın filialı açıldı. Banka məxsus“UCAS-Unibank Credit Analytical Credit System” yeni proqram təminatı tətbiq olundu. Həm əlavə səhmlərin buraxılması yolu ilə, həm də səhmlərin nominal dəyərinin artırılması vasitəsi ilə nizamnamə kapitalı 44,919 mln. AZN-dək artırıldı. Azərbaycan Respublikası Mərkəzi Bankı “Unibank” ASC-nə bank fəaliyyətinin daha geniş sahələrini əhatə edən tam Bank lisenziyasını təqdim etdi.
2009
  • "Unicapital" ASC Azərbaycanda broker xidmətlərinin göstərilməsi üzrə lider oldu. Mingəçevir şəhərində Unibank-ın yeni filialı açıldı. Unibank-ın Baş ofisinin yeni binası – "Uniplaza" layihəsi inşa olunan binalar arasında ən yaxşı layihə kimi tanındı. Unibank yeni pul köçürmələri sistemi - “Zolotaya Korona”, işə başladı.
2008
  • Nüfuzlu maliyyə jurnalı The Banker Unibank-ı Azərbaycanda “İlin bankı – 2008” elan etdi. Fitch Ratings beynəlxalq reytinq agentliyi Unibank-ın reytinqi üzrə “sabit” proqnozunu təsdiq etdi. Visa International Beynəlxalq ödəniş sistemindən E-Commerce lisenziyasını almış ilk bank olmuşdur. Mastercard-ın ekvayeri oldu və Visa International çip kartlarının emissiyasına başladı. Azərbaycanın qiymətli kağızlar bazarında, "Unicapital" ASC işə başlamışdır. Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) ilə kiçik və orta sahibkarlıq (KOS) sahəsində layihələrin maliyyələşdirilməsi üçün 5 mln. məbləğində kredit xəttinin açılması haqqında saziş imzaladı. Unibank FMO-dan ipoteka sahəsində layihələrin maliyyələşdirilməsi üçün ümumi həcmi 15 mln. ABŞ dolları olan kredit xəttinin alınması üçün saziş imzalamışdır. Unibank Deutsche Bank AG London-dan sindikatlaşdırılmış kreditin alıcısı oldu. Bankın əmanətçiləri üçün yeni lotereya aksiyasını – “Brilyant Depoziti” təqdim etdi. Hər Qalib 3 brilyant əldə etmişdir. Unibank Pekində Yay Olimpiya Oyunlarının qalibləri üçün Xüsusi Mükafat Fondu təsis etmişdir. Respublikanın müxtəlif rayonlarında Bankın 9 yeni filialı açılmışdır.
2007
  • Nüfuzlu “Euromoney" jurnalı Unibank-ı 2007-ci ildə "Azərbaycanda ən yaxşı bank" elan etdi. Unibank özünün ilk beynəlxalq reytinqini aldı. Moody’s Investor Service reytinq agentliyi Banka “müsbət” B2 reytinqi verdi. Azərbaycanda ilk dəfə olaraq, Unibank fərdi dizayna malik olan kartlar təqdim etdi. Unibank Azərbaycanda ilk fərdi sindikatlaşdırılmış kredit mənbələrini tətbiq etməklə əlavə vəsaitlər cəlb etmişdir. Bu VTB Europe tərəfindən təşkil olunmuşdur. Bu kredit vasitəsilə cəlb olunan ümüni məbləğ 30 mln ABŞ dolları təşkil edir. Unibank KB özünün nizamnamə kapitalını 2.27 dəfə artırdı. Beləliklə, Bankın nizamnamə kapitalı 6,6 mln. manatdan 15 mln. manata qədər artdı. Unibank KB ikinci subordinasiya olunmuş kreditin alınması haqqında saziş imzaladı. Ümumi həcmi 6,9 mln. ABŞ dolları olan subordinasiya olunmuş kredit Unibank-a Deutsche Bank AG bankı tərəfindən 7 il müddətinə təqdim olunmuşdu. Sindikatlaşdırılmış kreditin təqdim edilməsi haqqında üçüncü sazişi (A/B loan – III) imzaladılar. Ümumi həcmi 35 mln. kredit Unibank –a AYİB, və daha 15 bank tərəfindən təqdim edilmişdir.
2006
  • Unibank və FMO Niderland maliyyə şirkəti Unibank-a 5 mln. ABŞ dolları həcmində kredit xəttinin təqdim olunması haqqında saziş imzaladılar. Və bununla Unibank Azərbaycan bank sistemi tarixində subordinasiya olunmuş kreditin ilk alıcısı oldu. Unibank özünün ilk ipoteka kağızını qeydiyyatdan keçirdi və ilk ipoteka kreditini təsdiq etdi. Unibank Azərbaycanda "Bank-Bank" sxemi üzrə ilk REPO-sazişin iştirakçısı oldu. İki yeni filial açılmışdir - "Neftçilər" və "Sumqayıt." Yeni brend - "AL Kart" təqdim edildi. Unibank və Alman İnvestisiya Korporasiyası DEG Unibank-a 6 mln ABŞ dolları həcmində kredit xəttinin təqdim edilməsi haqqında razılaşma imzaladılar. Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 7.5 mln ABŞ dolları məbləğində Sindikatlaşdırılmış kreditin təqdim edilməsi barədə novbəti, sayca ikinci saziş imzaladılar (А/В loan - II). Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən Unibank-a ticarət maliyyələşdirilməsi üçün 1,5 mln ABŞ dolları həcmində muddətsiz revolver kredit xətti təqdim edilmişdir. Unibank KB ASC-nin 5 mln ABŞ dolları məbləğində sənədləşdirilməmiş adlı istiqrazlarının yerləşdirilməsinə başlandı.
2005
  • Unibank və DEG, bankın kapitalında DEG-in iştirakı və onun tərəfindən səhmlərin 8,33%-nin əldə edilməsi barədə, həmçinin Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsində Unibank-а $ 3 mln. həcmində uzunmüddətli kreditin ayrılması barədə sazış imzalamışlar. Nüfuzlu ingilis jurnalı “Euromoney” Unibank-ı 2005-ci ildə “Azərbaycanda ən yaxşı bank” elan etmişdir. “The Banker" jurnalı Unibank-ı Azərbaycanda “İlin bankı-2005” elan etmişdir. Unibank MDB və Şərqi Avropa ölkələrində 50 ən sürətlə böyüyən bankların siyahısında, liderlik edən 10 bank sırasına daxil olmuş yeganə Azərbaycan bankı olmuşdur. Unibank-ın üçüncü filialı açılmışdir – “Yasamal” filialı. QTİB ticarət maliyyələşdirilməsi üçün Unibank-a $ 3 mln məbləğində müddətsiz revolver kredit xətti təqdim etmişdir. Unibank və AYİB mikromaliyyələşdirilməyə $ 2 mln. həcmində xəttin ayrılmasını nəzərdə tutan kredit sazişi imzaladılar. Unibank və AYIB paritet şərtlərlə kreditləşdirmənin (komaliyyələşdirmənin) həyata keçirilməsi üçün 5 mln. ABŞ dolları həcmində xəttin ayrılmasını nəzərdə tutan kredit sazişi imzaladılar. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) lizinq layihələrinin maliyyələşdirilməsi üçün Unibank-a 5 il müddətinə $5 mln. həcmində kredit xəttini təqdim etmişdir.
2004
  • Bank TACİS Azərbaycanda fond bazarının inkişafı proqramı çərçivəsində 5 milyard manat məbləğində istiqrazların ilk buraxılışını Bakı Fond Birjasında yerləşdirmişdir. Societe Generale sənədli əməliyyatların maliyyələşdirilməsi üçün Banka $ 1.5 mln dolları məbləğində kredit xətti ayırmışdır. Bankın Unileasing törəmə şirkəti təsis olunmuşdur. Unibankın İnstitutsional inkişafı proqramı çərçivəsində AYİB, Unibank və Lloyds bankları arasında üçtərəfli müqavilə imzalanmışdır. Unibank AYIB tərəfindən "2003-cü il üzrə Azərbaycanda AYİB-ın Ticarətin Maliyyələşdirilməsi Proqramı üzrə daha aktiv inkişaf edən bank" nominasiyasında mükafata layiq görülmüşdür. Bank Alman-Azərbaycan Fondu ilə kredit xəttinin 500 min avroya uzadılmasına dair müqavilə imzalanmışdır. Nəticədə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün kredit xəttinin məbləği 2 mln avro təşkil etdi. Unibank və İslam İnkişaf Bankı ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün Banka $ 1.7 mln dolları məbləğində kredit xəttinin verilməsi üçün müqavilə bağladılar.
2003
  • Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Unibank arasında aparılmış uğurlu danışıqlar nəticəsində Bankın səhmlərinin 20% əldə edilməsi yolu ilə AYİB Unibank-ın səhmdarları sırasına daxil olması barədə ikitərəfli sazişi rəsmi imzalanmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Banka diler fəaliyyətinin həyata keçirilməsi üçün 5 il müddətinə lisenziya verilmişdir. Böyük Britaniyanın "Glendale Consultancy Limited" konsaltinq şirkəti 2003-2007-ci illəri əhatə edən dövr üçün beynəlxalq bank standartlarına uyğun olaraq işlənib hazırlanmış Unibank-ın inkişaf biznes-planını təqdim etmişdir. AYİB ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün Banka təqdim olunmuş 1,5 milyon ABŞ dolları məbləğində kredit xəttinin AYİB idarə etdiyi Taybey Əlaqələndirici İnvestisiya Fondunun (Çin) vəsaiti hesabına $ 3 mln artırılması haqqında saziş imzalanmışdır. Unibank yerli plastik kartların emissiyasına başlamışdır. Visa İnternational Beynəlxalq ödəniş sisteminin üzvləri sırasına daxil olmuşdur.
2002
  • "MBANK" və "PROMTEXBANK" - iki kommersiya bankı birləşdi. Bank adını "Unibank Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti adı ilə əvəz etmişdir. Bakı şəhərində "STB" filialı açılmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramının iştirakçısı olmuşdur, onun çərcivəsində Banka $ 1,5 mln məbləğində 5 il müddətinə kredit xətti ayrılmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının ticarətin maliyyələşdirilməsi proqramının iştirakçısı olmuşdur, onun çərcivəsində Banka $ 1 mln məbləğində 5 il müddətinə kredit xətti ayrılmışdır. Bank broker fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin lisenziyasını almışdır.
2001
  • Bank real vaxt rejimində Milli ödəmə sisteminin (AZIPS) iştirakçısı olmuşdur. Bank özünün Telefon-Bank elektron sistemini quraşdırmışdır. KfW Alman İnkişaf Bankının vəsaiti hesabına yaradılmış Almaniya-Azərbaycan Fondunun kiçik və orta biznesi kreditləşdirmə proqramının bank-agenti statusunu almış Azərbaycanın ilk özəl banklarından biri olmuşdur.
2000
  • Bank S.W.I.F.T. beynəlxalq elektron ödəmə sisteminin üzvü olmuşdur. Bank Western Union beynəlxalq elektron pul köçürmə sisteminə daxil olmuşdur.
1999
  • Bank "Bank-Müştəri" elektron sistemini quraşdırmışdır.
1997
  • Bank qısamüddətli dövlət istiqrazları ilə əməliyyatlar üzrə Azərbaycan Respublikası Milli Bankının dileri olmuşdur.
1993
  • Bank Azərbaycan Respublikası Milli Bankının icazəsi ilə Gəncə şəhərində "Gəncə" filialını acmışdır. Bank Bakı Banklararası Valyuta Birjasının üzvü olmuşdur.
1992
  • 27 may 1992-ci il tarixində keçirilmiş səhmdarların təsis yığıncağında "MBANK" Kommersiya Bankının əsasının qoyulması barədə qərar qəbul edilmişdir 27 iyul 1992-ci il tarixində "MBANK" Kommersiya Bankı təsisçilərin qərarı ilə Açıq Tipli Səhmdar Cəmiyyətinə çevrildi 27 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Bankı bank əməliyyatlarının aparılması üçün Banka lisenziya vermişdir.
Əlaqə məlumatları
Azərbaycan Respublikası,
Bakı ş., AZ1014,
Rəşid Behbudov küç., 55
Tel: (99412) 498 22 44
Faks: (99412) 498 09 53
Teleks: 142460 UNIBK AI
E-mail: bank@unibank.az
Web: www.unibank.az
S.W.I.F.T. UBAZAZ22
INN 1300017201
Sizi maraqlandıra bilər
   Kreditlər
   Nağd kredi̇tlər
   Depozitlər
   Pul köçürmələri
   Debet kartlar
İnternet-Bank
Mikrokreditlər
Filiallar və bankomatlar
Card-to-Card
İpoteka krediti
PIN change
"Proqressiv" depozit
Əmək haqqı layihələri
Müddətli depozit
Private Banking
Unicapital
Yığım depoziti
Məsləhətlər
Depozit qutuları
Unileasing
Vakansiyalar
Unibank-ın məhsul və xidmətlərindən İnternet vasitəsilə istifadə edin
Sahibkarlar və kiçik biznes sahibləri üçün rahat kredit aləti
Unibank-ın istənilən filialını və bankomatını buradan tapa bilərsiniz
Vəsaitlərinizi bir kartdan digər karta bankomat vasitəsilə köçürün
Ev və ya mənzil almaq istəyirsiniz? Onda ipoteka kreditlərmizdən faydalanın!
PİN kodu təhlükəsiz və tez dəyişmək istəyənlər üçün
Faizləri itirmədən vəsaitlərinizi istənilən vaxt çıxarın!
Əmək haqqının ödənilməsi sahəsində ən rahat və doğru üsul
Yüksək faiz əldə edin!
Fərdi yanaşma sənətini duyun!
Fond bazarında peşəkar broker və diler xidmətləri
Vəsaitinizi artırın və bonus qazanın!
Maliyyə sahəsində Unibank-ın məsləhət xidmətlərindən faydalanın
Qiymətli əşya və sənədlərnizi qorumaq üçün ən rahat üsul
Lizinq bazarında istənilən xidmət
Karyerasını Unibank-da qurmaq istəyənlər üçün
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
ətraflı
 
© 2003 - 2017 Unibank  |   Əlaqə  |   Təklifinizi verin